"İsrailə cavab vermək üçün hazırlıqlarımız davam edir" - Əli Laricani 

11:02 25.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ali dini lideri Əli Xameneinin baş məsləhətçilərindən olan Əli Laricani dünən verdiyi açıqlamada Tehranın cavab təhdidləri nisbətən azaldıqdan sonra İsrailə qarşı üçüncü hücuma hazırlıqların davam etdiyini təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, İsrail İranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna cavab olaraq, Həsən Nəsrullah və digər liderlərin İsrailin hücumlarında öldürülməsinə cavab olaraq, oktyabrın 26-da İranın mövqelərinə hücumlara başlayıb.

İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Tesnim” xəbər agentliyinin məlumatına görə, Laricani deyib: “Hərbi rəsmilər İsrailə cavab vermək üçün müxtəlif variantlar üzərində işləyirlər. Bu variantlar KİV-də işıqlandırılmamalıdır, çünki onlar milli təhlükəsizliklə bağlıdır, dəqiqlik və məxfilik tələb edir”.

Dini Lider Əli Xameneinin Suriya prezidenti Bəşər Əsəd və Livan parlamentinin sədri Nebih Berriyə yazılı mesaj göndərdiyini izah edən Laricani, mesajların "İranın müqavimət oxuna davam edən dəstəyini əks etdirdiyini" və "müsbət cavab" aldığını bildirib.